AZ

Messi: "Özünü çox çirkin aparırsan"

Ötən gecə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən Paraqvay – Argentina oyununda Messi ilə oyunun baş hakimi arasında gərgin dialoq yaşanıb.

Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, oyun zamanı Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messi rəqib futbolçunu kobud oyundan sonra meydandan qovmadığına görə baş hakim Anderson Daronkonu təhqir edib.

"Sən özünü çox çirkin aparırsan. Səndən xoşum gəlmir", - Messi referiyə deyib.

Qeyd edək ki, görüş Paraqvayın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Seçilən
29
4
bakupost.az

5Mənbələr