AZ

Türkiyə-Gürcüstan sərhədində 5 ballıq ZƏLZƏLƏ baş verdi

Bu gün günorta saatlarında Gürcüstan-Türkiyə sərhədi yaxınlığında 5 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Türkiyə ərazisində yerləşsə də, yeraltı təkanları Gürcüstan sakinləri də hiss ediblər. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, zəlzələ Türkiyədə, Gürcüstanla sərhəddən 61 km aralıda baş verib. Zəlzələnin episentri yerin altında, 11 km dərinlikdə olub. 

İtki və dağıntılar barədə məlumat yoxdur. 

Bizim.Media

Seçilən
32
bizim.media

1Mənbələr