Bosniya və Herseqovinanın “Yedinstvo” klubunda çıxış edən azərbaycanlı qolkiper Elməddin Məmmədov qışdan sonra yüksək liqada çıxış edə bilər.
İdman.biz Sportal.aza istinadən xəbər verir ki, “Velez Mostar” Məmmədovu qışda heyətinə qatmağı planlaşdırır.
“Yedinstvo” ilə müqaviləsi gələn ay başa çatacaq Məmmədovun ölkənin ən tanınmış klublarından olan Mostar təmsilçisinə keçəcəyi gündəmə gələcək. Qışda keçidin baş tutub-tutmayacağı bəlli olacaq.
Qeyd edək ki, Məmmədov yayda Bosniya klubu ilə anlaşıb.
İdman.biz