AZ

Viktor Orban Rusiyaya qarşı sanksiyalara yenidən baxmağa çağırır

Macarıstanın Baş naziri Viktor Orban hesab edir ki, Avropa İttifaqı ölkələri Aİ-nin rəqabət qabiliyyətini gücləndirmək üçün Rusiyaya qarşı sanksiyalarla bağlı mövqelərinə yenidən baxmalıdır.

AZƏRTAC xəbər verir ki, Viktor Orban bu fikri cümə günü Macarıstan radiosuna müsahibəsində səsləndirib.

“Elektrik enerjisinin qiymətlərini istənilən vasitə ilə aşağı salmaq lazımdır. Bunun üçün Rusiyaya qarşı sanksiyalara yenidən baxılmalıdır. Çünki indiki sanksiya siyasəti ilə qiymətlər azalmayacaq”, - deyə o vurğulayıb.

Baş nazir qeyd edib ki, elektrik enerjisinin qiymətinin artması Avropa İttifaqının rəqabət qabiliyyətinə mane olacaq. Onun sözlərinə görə, Aİ şirkətlərinin qaz və elektrik enerjisinə çəkdiyi xərclər Amerika şirkətləri ilə müqayisədə dörd dəfə çoxdur.

Qeyd edək ki, ötən həftə Avropa İttifaqı ölkələrinin dövlət və hökumət başçıları Budapeştdə keçirilən qeyri-rəsmi sammitdə Aİ-nin rəqabət qabiliyyətinin gücləndirilməsinə dair bəyannamə qəbul ediblər.

Seçilən
59
49
yeniazerbaycan.com

10Mənbələr