Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunda sürüşmə yenidən aktivləşib.
Day.Az xəbər verir ki, söhbət10-dan artıq kəndini birləşdirən Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunudan gedir.
Sakinlər deyirlər ki, yolda yaranmış iri çatlar hər gün daha da genişlənməkdədir.
Onların sözlərinə görə, 2017-ci ildə istifayə verilmiş avtomobil yolunda müxtəlif illərdə torpaq sürüşməsi nəticəsində yol yatağının bir hissəsi tamamilə dağılmışdı. Həmin ərazilərdə təmir-bərpa işləri aparılmasına baxmayaraq, son günlər ərazidə yenidən sürüşmə aktivliyi artıb.
Hazırda sözügedən avtomobil yolunun bir neçə yerində sürüşmə aktivliyi müşahidə edilir.
Qeyd edək ki, sözügedən avtomobil yolundan Cəlilabadla yanaşı, Yardımlı rayon sakinləri də alternativ yol kimi istifadə edirlər.
Məsələ ilə bağlı kənd bələdiyyəsindən bildirildi ki, artıq yerli yol istismar idarəsi bu barədə məlumatlandırılıb. Hava şəraiti imkan verən kimi, yolda təmir-bərpa işlərinə başlanacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.