AZ

Kiçik ada dövlətləri və ən az inkişaf etmiş ölkələr iqlim maliyyələşməsinin artırılmasını tələb edir » AzadMedia.az


Kiçik Ada Dövlətləri Alyansı (AOSIS) və Ən Az İnkişaf Etmiş Ölkələr Qrupu (LDS) bu həssas kateqoriyalar üçün iqlim maliyyələşməsinin artırılmasını vacibliyi ilə bağlı qəti bəyanatla çıxış edib.

Bunu AOSIS və LDS nümayəndələri COP29 çərçivəsində keçirilən birgə mətbuat konfransında bildiriblər.

AOSIS-in sədri, Samoanın təbii sərvətlər naziri Sedrik Şuster vurğulayıb ki, Paris Sazişinə baxmayaraq, bir çox dövlətlər öz öhdəliklərindən imtina edir ki, bu da istiləşmənin 1,5°C həddində məhdudlaşdırılması üzrə qlobal hədəfə nail olunmasını təhlükə altına qoyur. O, həmçinin əlavə edib ki, AOSIS ölkələri üçün illik vəsait bölgüsü ən azı 39 milyard ABŞ dolları təşkil etməlidir.

LDS ölkələri adından çıxış edən Malavinin təbii sərvətlər və iqlim dəyişikliyi üzrə katibi doktor Yusuf Nkunqula da maliyyə həcminin artırılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, bu dövlətlər üçün qrantların minimum məbləği ildə 220 milyard dollar təşkil etməlidir.
Seçilən
46
7
azadmedia.az

8Mənbələr