AZ

Britaniyaya təhlükəli yaxınlaşma: Qırıcılar dərhal havaya qaldırıldı

Böyük Britaniya Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri ölkənin hava məkanı yaxınlığında Rusiyaya məxsus qırıcını izləmək üçün səmaya qaldırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Lossimut bazasında yerləşdirilən “Tayfun” qırıcılarının Şimal dənizi üzərində uçan Rusiyanın "Tu-142" təyyarəsini izlədiyi qeyd olunur.

"Rusiya kəşfiyyat təyyarəsi Böyük Britaniyanın maraq dairəsində aşkarlanıb və Böyük Britaniyanın suveren hava məkanına daxil ola bilməyib”, - nazirliyin açıqlamasında belə deyilir.

Qeyd edək ki, bu, son üç ayda ikinci belə haldır.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
28
teleqraf.com

1Mənbələr