AZ

ECO-UNIDO Təmiz Enerji Mərkəzinin yaradılması Azərbaycanın ECO üzv dövlətləri ilə enerji əməkdaşlığını yeni səviyyəyə çıxaracaq - Nazir

Bakı. Trend:

Bakıda ECO-UNIDO Təmiz Enerji Mərkəzinin yaradılmasıAzərbaycanın ECO üzv dövlətləri ilə enerji sahəsində əməkdaşlığınıyeni səviyyəyə çıxaracaq.

Trend xəbərverir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz ŞahbazovCOP29 konfransı çərçivəsində ECO-UNIDO Təmiz Enerji Mərkəzininaçılış tədbirində bildirib.

“Bu gün COP29 konfransı çərçivəsində Bakıda ECO-UNIDO TəmizEnerji Mərkəzinin yaradılmasında mühüm bir mərhələnin şahidioluruq. Bu təşəbbüs təkcə Azərbaycan üçün deyil, ECO-ya üzv olanbütün ölkələr üçün strateji əhəmiyyət daşıyır.

Təmiz Enerji Mərkəzinin açılışı təşkilatın enerji sektorundakılider mövqeyini daha da gücləndirəcək, regional əməkdaşlığa töhfəverəcək və bərpa olunan enerji mənbələrinə keçidisürətləndirəcək.

Əsas məqsədimiz davamlı enerji keçidinə dəstək olmaq, bölgədəyaşıl enerji sektoruna investisiyaların cəlb olunmasına və enerjisəmərəliliyinin artırılmasına şərait yaratmaqdır. Eyni zamanda,yaşıl enerji və infrastruktur layihələrinin inkişafı üçün maliyyəvə texniki resursların səfərbər edilməsinə çalışırıq”, – deyə nazirvurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
24
az.trend.az

1Mənbələr