AZ

Bakıda Fransa və Niderlanda qarşı aksiya keçirildi...

Image

Tural İsmayılov: “COP29 platformasında daha əvvəl səsləri qəsdən eşidilməyən xalqların səsi  eşidilir”

COP29-un geridə qalan günlərinin xronologiyasına diqqət yetirsək görərik ki, hər gün mühüm hadisələr, müasir dövrün əsas çağırışlarından olan iqlim dəyişmələrinin yaratdığı problemlər barədə geniş müzakirələr aparılır. 

COP29-da Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Niderland və Fransanın müstəmləkəçilik siyasətinə qarşı aksiya keçirilib. Aksiya iştirakçıları "Yaşıl və dekolonizasiya olunmuş dünya naminə həmrəylik" adlı şüar qaldırılıb. Aksiyada bu ölkələrin müstəmləkəçiliyindən əziyyət çəkən dövlətlərin nümayəndələri iştirak edib. COP29-da Niderland və Fransanın müstəmləkəçiliyinə qarşı keçirilən aksiya ilə bağlı fikir bildirən siyasi şərhçi Tural İsmayılov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Bakı Təşəbbüs Qrupu tərəfindən BMT-nin ən böyük tədbiri olan COP29 platformasında Fransanın müstəmləkə altında saxladığı ölkələrdə insan hüquqlarına zidd addımların atılması müzakirə olunur. Bu kimi məsələlərin müzakirəsi Azərbaycanın qlobal liderlik təşəbbüsünü nümayiş etdirir: “COP29 platformasında  beynəlxalq ekoloji təhlükəsizliyə təhdid yaradan Fransa cinayətləri ilə bağlı aksiyalar keçirilir. Həmin aksiyalarda müxtəlif şüarların səsləndirilməsi onu göstərir ki, Azərbaycan hər bir formada kiçik ada dövlətlərinin, həmçinin Fransanın müstəmləkəçiliyindən əziyyət çəkən xalqların mübarizəsində də onların yanındadır.  Bu baxımdan da COP29 tədbirində keçirilən aksiyalar təqdirəlayiqdir”.

“COP29 platformasında  beynəlxalq ekoloji təhlükəsizliyə təhdid yaradan Fransa cinayətləri ilə bağlı aksiyalar keçirilir”

Siyasi şərhçi onu da əlavə etdi ki, COP29 platformasında Niderland və Fransanın müstəmləkəçilik siyasətinə qarşı keçirilən aksiyalarda bu ölkələrin etdiyi qanunsuzluqlar, iqlim problemləri ilə bağlı məsələlərin müzakirəyə çıxarılması Azərbaycanın çox uğurlu bir platforma olduğunu növbəti dəfə nümayiş etdirir: “Ümumiyyətlə, COP29 tədbiri neokolonializmə qarşı şüarların səsləndiyi, aksiyaların keçirildiyi və Azərbaycan Prezidenti İlham Əliyevin timsalında neokolonialist siyasətə etiraz edildiyi gözəl təşəbbüsdür. COP29 platformasında daha əvvəl səsləri qəsdən eşidilməyən xalqların səsi eşidilir”.

Günel CƏLİLOVA 





Seçilən
67
baki-xeber.com

1Mənbələr