"Napoli" və Gürcüstan millisinin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya İspaniyada oynaya bilər.
News24.az xəbər verir ki, 23 yaşlı futbolçunu "Barselona" transfer etmək niyyətindədir.
Kataloniya təmsilçisi artıq gürcünün agenti ilə danışıqlara başlayıb.
Xviça Kvaratsxeliya 2022-ci ilin iyulundan “Napoli”də çıxış edir. O, bu mövsüm 14 matçda iştirak edib, 5 qol vurub və 2 məhsuldar ötürmə verib. Gürcü futbolçunun hazırkı klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi qüvvədədir.
"Barselona" transferin yayda reallaşmasını istəyir.//Sportal.az