AZ

Aİ iqtisadi artım proqnozunu aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) Komissiyası bu il Avrozonanın iqtisadi artım proqnozunu 0,8 faiz səviyyəsində saxlayıb.

Banco.az xəbər verir ki, Avropa İttifaqı Komissiyasının “Avropa İqtisadi Proqnozları 2024 Payız” hesabatı dərc olunub.

“Mənfi mühitdə yavaş bərpa” başlıqlı hesabatda Aİ iqtisadiyyatının 2024-cü ildə 0,9 faiz, 2025-ci ildə 1,5 faiz, 2026-cı ildə isə 1,8 faiz artacağı proqnozlaşdırılıb.

Sözügedən hesabatda Avrozona iqtisadiyyatının isə 2024-cü ildə 0,8 faiz, 2025-ci ildə 1,3 faiz və 2026-cı ildə 1,6 faiz artacağı proqnozlaşdırılıb.

Aİ Komissiyasının əvvəlki “yaz” hesabatında Aİ-nin 2024-cü ildə 1 faiz, 2025-ci ildə 1,6 faiz, Avrozonanın 2024-cü ildə 0,8 faiz, 2025-ci ildə isə 1,4 faiz artacağı qeyd olunmuşdu.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
26
banco.az

1Mənbələr