AZ

Trampın gəlini də vəzifəyə gedir

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın gəlini Lara Tramp Senatda dövlət katibi vəzifəsinə namizədliyi irəli sürülmüş Florida ştatından senator Marko Rubionu əvəz edə bilər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Fox News" yazıb.

Televiziya kanalına verdiyi müsahibədə Lara Tramp bildirib ki, o, Florida xalqına xidmət etməkdən şad olacaq.

Florida ştatının keçmiş qubernatoru Rik Skot qeyd edib ki, o, ştatın hazırkı qubernatoru Ron DeSantisin Lara Trampı ştatdan senator təyin edəcəyinə ümid edir. O, Laranın yaxşı senator olacağını və dövlətin maraqlarını layiqincə təmsil edəcəyini bildirib.

Milli.Az

Seçilən
22
7
milli.az

8Mənbələr