Hindistanda anti-İsrail ayrıseçkiliyi ilə bağlı insident baş verib. İsrailli cütlük Kəşmirli dükançılar tərəfindən mağazadan qovulub. Lakin digər ticarətçilərin müdaxiləsi onları üzr istəməyə məcbur edib. Hadisəni əks etdirən video tez bir zamanda sosial şəbəkələrdə geniş yayılıb və qəzəb dalğasına səbəb olub.
Hafta.az-ın İsrail mediasına istinadla verdiyi xəbərə görə, hadisə çərşənbə günü israilli cütlük - kişi və qadın Kerala ştatının kiçik şəhərciyində antikvar dükanına girərkən baş verib. Kəşmirli tacirlər onların israilli olduqlarını görüb və içəri buraxmırlar. Üstəlik, qəsdən işıqları söndürüb turistləri qovublar.
Yəhudi ər-arvad dərhal kömək üçün sürücülərinə müraciət ediblər və o, yerli polisə müraciət edib. Qonşu mağaza sahibləri də müdaxilə edib. Onlar satıcılardan turistlərdən üzr istəmələrini tələb ediblər. Onların açıq üzr istəməsi videosu tez bir zamanda sosial mediada yayılıb və Hindistan mediasının diqqətini çəkib.
Polis hadisədən xəbərdar olduqlarını bildirib. Lakin turistlər rəsmi şikayət etmədiyi üçün satıcılara qarşı heç bir hüquqi tədbir görülməyib.
Hadisə Hindistan vətəndaşları arasında hiddət dalğasına səbəb olub. Bir çox sosial media istifadəçisi Kəşmirli tacirlərin davranışını pisləyib. Onlar vurğulayıblar ki, bu cür hərəkətlər Hindistanın reputasiyasına xələl gətirir və onun əsl dəyərlərini əks etdirmir.
Bir müddət əvvəl yazmışdı ki, İtaliyadakı otellərdən biri Qəzzadakı soyqırımı ittihamlarını əsas gətirərək israilliləri qəbul etməkdən imtina edib.