Rusiya Prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şoltsla telefonla danışıb.
KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Prezident Putin və kansler Şolts telefonla danışıblar. Onların söhbəti təxminən bir saat davam etdi”, – agentlik qeyd edib.
Bildirilir ki, siyasətçilər 2022-ci ilin dekabrından bəri ilk dəfə bir-biri ilə danışıblar.