İkinci seçim mərhələsi isə gələn ilin mayında olacaq. Burda Fransanın müxtəlif şəhərlərindən olan futbolçular iştirak edəcək. Telman bu mərhələdən də keçsə, "Real”ın akademiyasına seçiləcək.
Telman millimizin sabiq futbolçusu Ruslan Əmircanovun rəhbərliyi altında bir ay fərdi məşqlərdə iştirak edib.
Onunla bağlı məhz Əmircanovun fikrini öyrəndik:
“Telman çox istedadlı uşaqdı, dostumun oğludu. Ailəsi Fransada yaşayır, özü də orda futbolla məşğul olur. Azərbaycana ildə iki dəfə gəlir. Hər dəfə gələndə mənim yanıma məşqlərə gəlir. Atası mənə deyirdi ki, “Real”ın seçimləri olacaq, uşağın üzərində yaxşı işləyək. Bakıda olan dönəmdə də “Qarabağ”, “Sabah” və “Neftçi”nin akademiyaları Telmanı istəyirdilər. Soruşurdular ki, bu uşaq hardadı? Bunun valideynləri və müəllimi kimdi? Mayda olan seçimlərə qoşulsun, görək necə olacaq...”
ƏSƏD SEYİDOV