AZ

Çuğundur kimlər üçün təhlükəlidir?

Çuğundur çox faydalıdır, lakin bəzi insanlar onu yeməməlidir.

Kimlərin çuğunduru pəhrizindən xaric etməli olduğunu sizə təqdim edirik:

Birincisi, çuğundur urolitiyaz və öd daşı xəstəlikləri üçün kontrendikedir. Çuğundurun tərkibində sidik və öd yollarında daşların əmələ gəlməsinə kömək edən çoxlu miqdarda oksalatlar var.

İkincisi, şəkərli diabet xəstələri üçün çuğunduru istehlak etmək tövsiyə edilmir. Çuğundur şəkər ehtiva edir və yüksək glisemik indeksə malikdir.

Üçüncüsü, sizdə mədə-bağırsaq traktının xəstəlikləri varsa, çuğundur yeməməlisiniz.

Hipotansiyonunuz varsa, çuğundurdan çəkinməlisiniz. Böyük miqdarda çuğundur yemək qan təzyiqinin kəskin azalmasına səbəb ola bilər.

Sağlam bir yetişkin gündə 100-200 qram çuğundur yeyə bilər./Lent.az 

Seçilən
26
3
news24.az

4Mənbələr