AZ

Deputat dövlətə xəyanətdə ittiham edildi

Ali Radanın deputatı Yevgeni Şevçenkoya dövlətə xəyanət şübhəsi barədə bildiriş təqdim edilib.

Hurriyyet.Az Report-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Dövlət İstintaq Bürosunun teleqram kanalında bildirilib.

Bildirilib ki, parlamentari ölkənin müdafiə qabiliyyətinə və informasiya təhlükəsizliyinə ziyan vurub.

“Deputat Ukraynanın müdafiə qabiliyyətinə və informasiya təhlükəsizliyinə ziyan vurmağa Rusiyanın tam miqyaslı müdaxiləsindən əvvəl başlayıb. Belə ki, 2021-ci ildə o, Belarus ərazisindən Rusiyanın tam miqyaslı müdaxilə təhlükəsinin olmaması barədə yanlış məlumatlar yayıb”, – bildirilib.

Bundan əvvəl deputat ona qarşı açılan işi “Zelenskinin qisası” adlandırmışdı.

Seçilən
0
16
hurriyyet.az

10Mənbələr