AZ

"Apple" milyardlarla sterlinq cərimə edilə bilər

ABŞ-ın texnologiya nəhəngi “Apple” bu günlərdə ciddi bir iddia ilə üzləşib. Böyük Britaniyada toplaşan istehlakçılar bulud saxlama xidmətləri üçün onlara yüksək qiymətlər tətbiq olunduğunu bildirərək qanuni mübarizəyə başlayıblar.

Fins.az xəbər verir ki, "Apple" iddianı uduzarsa, 3 milyard funt sterlinq cərimə ödəyə bilər.

Böyük Britaniyanın "Which?" istehlakçı qrupu, "Apple"ın 40 milyona yaxın istifadəçisini iCloud-u iPhone və digər "Apple" cihazlarında məlumatların ehtiyat nüsxəsini çıxarmaq üçün yeganə seçim etməkdə və istifadəçiləri yüksək qiymətlər ödəməyə məcbur etməkdə günahlandırdı. Əgər iş istehlakçıların xeyrinə yekunlaşarsa, "Apple" hər bir müştəriyə təxminən 70 funt sterlinq təzminat ödəməli ola bilər. 40 milyon insanı əhatə edən iş bu istehlakçıların 2015-ci ilin oktyabr ayından etibarən "Apple"ın iCloud saxlama xidmətlərindən istifadə etdiyi və ödəniş etdiyi dövrü əhatə edir.

Bu çərçivədə, istehlakçı qrupu adına iddianın uğurlu olacağı təqdirdə "Apple"ın ödəyəcəyi ümumi təzminatın 3 milyard sterlinqə çata biləcəyi təxmin edilir.

"Apple", "Which?" istehlakçı qrupunun ittihamlarını rədd edərək, iddialara qarşı özünü müdafiə edəcəyini açıqlayıb.
 

Zemfira Ms
Fins.az

                             

 

Seçilən
51
fins.az

1Mənbələr