AZ

COP29 çərçivəsində “Karbon idarəçiliyi” mövzusunda nazirlərin görüşü keçirilib - FOTO

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Karbon idarəçiliyi” mövzusunda nazirlərin görüşü keçirilib.

Avtosfer.az xəbər verir ki, tədbirdə çıxış edən müxtəlif xarici dövlətlərin rəsmiləri qeyd edib ki, karbon idarəçiliyi qlobal istiləşmə ilə mübarizənin və planetin temperaturunun 1,5 dərəcə səviyyəsində saxlamağın açarıdır.

İştirakçılar bildirib ki, COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

“İqlim maliyyəsinin yaradılması əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək”, - xarici dövlətlərin rəsmiləri bildiriblər.

Qeyd edilib ki, Dünya Bankının ESMAP proqramı vasitəsilə Təmiz Enerji İnnovasiya Proqramının bir hissəsi olan Sənaye Dekarbonizasiyası Fondu inkişaf etməkdə olan ölkələrdə təmiz enerji innovasiyalarını təkmilləşdirməyi hədəfləyir. Bildirilib ki, proqram enerji təhlükəsizliyini yaxşılaşdıracaq və emissiyaları azaldacaq, təmiz enerji texnologiyalarının inkişafına kömək edəcək.

Seçilən
25
avtosfer.az

1Mənbələr