AZ

Dünyanın ən böyük rəsmini çəkərək Ginnesin rekordlar kitabına düşdü

Nigeriya sakini dünyanın ən böyük rəsmini çəkərək Ginnesin rekordlar kitabına düşüb.


"Qafqazinfo” xəbər verir ki, nigeriyalı həkim Fola David-Tolaram Nigeriya mədəniyyətinin 3300 kvadratmetrlik nəhəng tablosunu yaradıb.


Rəsm xalqların müxtəlifliyini və ölkənin müxtəlif bölgələrinin mədəni ikonoqrafiyalarını əks etdirən irimiqyaslı xəritədir.


"Nigeriya multikultural ölkədir və mən bunu vurğulayacaq bir şey yaratmaq istədim”, - David-Tolaram bildirib.


O, işə başlamazdan əvvəl onun xüsusiyyətlərini daha yaxşı başa düşmək və bu təcrübəni kətana köçürmək üçün ölkəni gəzib. David-Tolaram rəsmini "Müxtəliflikdə birlik” adlandırıb.



Seçilən
81
10
qaynarinfo.az

10Mənbələr