AZ

170 ölkə Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnu dəstəklədi

Birləşmiş Millətlər Komitəsinin qəbul etdiyi qərarla 170 üzv ölkə Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnu dəstəkləyib. Metbuat.az xəbər verir ki, “İctimai, humanitar və mədəni” məsələlərin müzakirə edildiyi iclasda Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququ ilə bağlı qətnamə layihəsi səsverməyə çıxarılıb. Qətnamə layihəsinin lehinə 170, əleyhinə isə 6 səs verilib. 9 bitərəf səs qeydə alınıb. Argentina, İsrail, Mikroneziya, Nauru, Paraqvay və ABŞ qətnamə layihəsinin əleyhinə səs verən ölkələr olub. Qərarda deyilir ki, Fələstin xalqının öz müqəddəratını təyin etmək və müstəqil dövlət qurmaq hüququ var. Qətnamədə bütün ölkələrin regionda sülh şəraitində yaşamaq hüququ olduğu qeyd edilib.

Qətnamə layihəsində, bütün dövlətlər və BMT təşkilatları Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnu həyata keçirməkdə dəstəkləməyə çağırılıb.

Seçilən
33
metbuat.az

1Mənbələr