AZ

Neft-qaz ittihamlarına İlham Əliyev yox, Avropa komissarı cavab verməlidir, çünki 2 il əvvəl...

Image

Azərbaycandan 27 dəfə çox neft hasil edən ölkədə COP-a niyə bu qədər etiraz yox idi?

Erməni lobbisi COP29 başlayana qədər qarşısına məqsəd qoymuşdu ki, tədbirin Bakıda keçirilməsini əngəlləsin, lakin bu alınmadı, tədbir uğurla baş tutdu və davam etməkdədir. İndi isə erməni lobbisi bu tədbirin səviyyəsini aşağı salmaq üçün dəridən-qabıqdan çıxır. 

Bu günlərdə isə erməni lobbisinin maliyyəsi ilə isveçli ekofəal, 21 yaşlı Qreta Tunberqi İrəvana gətiriblər. Bütün nəsli-nəcabəti artist və aktyor olan bu xanımın səfərinin məntiqi çox gülüncdür. Çünki Qreta Tunberq ekofəal olsa da, İrəvanda daha çox siyasi məsələlərdən - "etnik təmizləmə"dən, "erməni əsirlərin azad edilməsi"ndən, "Qarabağ ermənilərinin qayıtması"ndan danışır. Hansı ki, bunların  COP29-a heç bir dəxli yoxdur. Mövzuların qoyuluşu da göstərir ki, Qreta Tunberq Ermənistana öz xoşu ilə gəlməyib, onu müəyyən məbləğdə pulla şirnikləndirərək gətiriblər. İqlim dəyişmələrinə dair xanım Qretanın Azərbaycana qarşı yalnız bir ittihamı var - qaz hasilatının artırılması.

Qreta Tunberq Bakıda keçirilən BMT-nin İqlim Konfransında (COP29) yox, İrəvanda olduğunu uğursuzcasına izah etməyə çalışıb. O, ekofəaldan çox insan haqları müdafiəçisi kimi çıxış edərək, ətraf mühitə dair yalniz bir etiraz səsləndirdi - Azərbaycan neft-qaz hasilatını artırmağı hədəfləyən ölkədir və orada COP keçirmək ədalətsizlikdir. Xanım Qretaya sual edən yoxdur ki, nədən ölən il COP28-in Dubayda keçrilməsinə etiraz etmədiniz, hər halda sizin buna yaşınız və imkanlarınız çatırdı - orta nəktəb illərindən ekofəal kimi məşhurlaşmısınız? Azərbaycan gündə cəmi 700 min barel neft hasil edir. Səudiyyə Ərəbistanının gündəlik neft  hasilatı ortalama 12 milyon bareldir. Yəni ötən il COP-a ev sahibliyi edən Səudiyyə Ərəbistanı Azərbaycandan 17 dəfə çox neft hasil edir və hasilatı artırmaqda qərarlıdır. Xanım Qreta siyasiləşmis fiqur deyilsə, nədən ötən il etiraz səsini ucaltmadı?

Azərbaycana bu ittihamla hücum edənlərin sayı xanım Qreta ilə məhdudlaşmır. Onların sayı daha çox, arqumentləri isə daha gülüncdur. Çünki Azərbaycan qaz hasilatını Avropa üçün artırdığı halda, bu artımı tənqid edənlər də elə avropalılardır.

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev əslində bu ittahamlara daha tutarlı cavab verib.

O, çıxışı zamanı deyib ki, iki il əvvəl Azərbaycan və Avropa Komissiyası enerji sahəsində strateji tərəfdaşlıq bəyannaməsinə imza atdılar: "Lakin bu, bizim ideyamız deyildi. Bu, Avropa Komissiyasının təklifi idi. Avropa Komissiyasının sədri bu sənədi imzalamaq üçün iki il öncə Bakıya gəldi, çünki geosiyasi vəziyyətin dəyişməsi səbəbindən onlara bizim qaz lazım idi. Onlar bizdən yardım xahiş etdilər. Biz razılaşdıq. Əgər yardımımıza ehtiyac varsa, biz hər zaman kömək etməyə hazırıq. Dedik, yaxşı, biz enerji təhlükəsizliyində Avropaya kömək edəcəyik. İki il əvvəl həmin bəyannaməni imzalayanda qazımızı alan ölkələrin, yəni Avropa ölkələrinin sayı iki idi. İndi isə səkkiz ölkə alır.

Azərbaycan qazına çıxışı olan on ölkədən səkkizi Avropada yerləşir. Avropa Komissiyası, həmçinin bizdən xahiş edib ki, biz qaz təchizatını 2027-ci ilə qədər iki dəfə artıraq. Bu, Avropa Komissiyasının sədri və mənim tərəfimdən iki il öncə Bakıda imzalanmış bəyannamədə əks olunub. Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərslər vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bir sıra siyasətçilər, dövlət nəzarətində olan QHT-lər, yalan xəbər mediası üçün fəaliyyət metoduna çevrilib".

Göründüyü kimi, Azərbaycan hec də qaz hasilatını öz təşəbbüsü ilə artırmayib. Hətta hasilatın artırılması üçün maraqlı tərəf kimi Avropa ölkələri investisiya qoyub. Ona görə də COP29 ərəfəsində Azərbaycanı qaz hasilatını artırdğına görə ittiham edən bəzi dairələrə Bakı təkbaşına cavab verməməlidir. Bu məsələdə Avropa İttifaqı, onun ali orqanı olan Avropa Komissiyası mövqeini ortaya qoymalıdir. Avropa İttifaqı yaxşi başa düşûr ki, Azərbaycan qazı olmasa Avropanın 8 ölkəsi dona bilər. Lakin Aİ bu açıqlamalarda bulunmur. Aİ rəsmiləri yenə qərəzli mövqe nümayiş etdirərək, bu hərəkətsizliyi ilə Ermənistana dəstək verir. Qreta Tunberq İrəvana hardan gəlib, nədən ötən il bu ekofəalın səsi çıxmadı? Əlbəttə, bütün bu sualların cavabı onu göstərir ki, Avropa rəsmiləri Azərbaycandan asılı olduqlari halda, bu susqunluqları ilə rəsmi Bakıya təzyiq göstərmək niyyətindədirlər. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yuxarıda qeyd edilən fikirləri bütün dünyaya bu məsələni aydınlaşdırdı, Avropanın ikiüzlülüyünü ortaya qoydu. Avropa hazırda bu halı ilə üstündə oturduğu budağı mişarlayan axmaqa bənzəyir.

Akif NƏSİRLİ





Seçilən
43
baki-xeber.com

1Mənbələr