AZ

Dünyanın ən böyük rəsmini çəkib "Ginnes"in rekordlar kitabına düşdü - FOTO

Nigeriya sakini dünyanın ən böyük rəsmini çəkərək Ginnesin rekordlar kitabına düşüb.

Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, nigeriyalı həkim Fola David-Tolaram Nigeriya mədəniyyətinin 3300 kvadratmetrlik nəhəng tablosunu yaradıb.

Rəsm xalqların müxtəlifliyini və ölkənin müxtəlif bölgələrinin mədəni ikonoqrafiyalarını əks etdirən irimiqyaslı xəritədir.

“Nigeriya multikultural ölkədir və mən bunu vurğulayacaq bir şey yaratmaq istədim”, - David-Tolaram bildirib.

O, işə başlamazdan əvvəl onun xüsusiyyətlərini daha yaxşı başa düşmək və bu təcrübəni kətana köçürmək üçün ölkəni gəzib. David-Tolaram rəsmini “Müxtəliflikdə birlik” adlandırıb.

Seçilən
58
3
avtosfer.az

2Mənbələr