AZ

Rusiya Avstriyanı qazla boğur: mavi yanacağın nəqli dayandırlıdı

Rusiyanın Gazprom Export şirkəti Avstriyanın OMV şirkətinı noyabrın 16-dan etibarən qaz tədarükünü dayandırdığına dair bildiriş göndərib.

Məlumatı Avstriya şirkəti CEGH REMIT platformasında açıqlayıb.

Qeyd edək ki, Rusiya qazı Avstriyaya Ukrayna üzərindən çatdırılırdı. Nəqlin dayanması xəbər fonunda Avropada birja ticarətində qazın qiyməti qısa müddət ərzində 3 faiz- 1 min kubmetr üçün 515 dollara qədər artsa da, sonradan yenidən əvvəlki səviyyəsinə qayıdıb.

Bundan əvvəl Beynəlxalq Arbitraj Məhkəməsi Avstriyanın OMV şirkətinin “Qazprom Export”qa qarşı qaz nəqlinin əsassız dayandırılması iddiası üzrə müsbət qərar qəbul edərək Rusiya şirkətinin 230 milyon dollar ödəməli olduğuna dair qərar çıxarıb. Bununla əlaqədar, OMV şirkətlər arasında münasibətlərin qaz tədarükünün dayandırılmasına qədər pisləşəcəyini gözləyirdi.

OMV Rusiya qazının Ukrayna vasitəsilə Avropaya nəqlinin mümkün dayandırılmasının onun maliyyə durumuna təsirini əhəmiyyətsiz hesab edib. Hazırda şirkət "Qazprom"dan ayda təxminən 5 TVt/saat (təxminən 500 milyon kubmetr) və ya ildə 60 TVt/saat (təxminən 6 milyard kubmetr) qaz alır. \\Musavat.com

Seçilən
18
1
hurriyyet.az

10Mənbələr