AZ

Mançesterdən Romaya üz tuta bilər

Ötən ay “Mançester Yunayted”dən istefaya göndərilən Erik ten Haqın işsiz günləri qısa çəkə bilər.

Onun “Roma”nı çalışdırmaq şansı var. “Romapress”in xəbərinə görə, İtaliya klubu niderlandlı mütəxəssisi əsas namizədlərdən biri kimi görür.

Namizədlərdən digəri isə Qrehem Potterdi. Baş məşqçi vəzifəsində bir ay işləyən İvan Yuriçin uğursuz fəaliyyətindən sonra “Roma” rəhbərliyi ciddi səhv etmək istəmir. Buna görə də baş məşqçi seçimində tələsmir.

Qeyd edək ki, xorvatiyalı Yuriç “Roma”ya sentyabrda istefaya göndərilən Daniele De Rossinin yerinə təyinat almışdı.

Seçilən
76
football-plus.az

1Mənbələr