Almaniyanın “Bavariya” klubunun futbolçusu Tomas Müller həyat yoldaşına təyyarə hədiyyə edib.
Ölkə.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda “Bunte” nəşri məlumat yayıb.
Qeyd olunub ki, ulduz futbolçunun xanımı Lizaya aldığı 8 nəfərlik təyyarənin dəyəri 2 milyon avrodan çoxdur.
Lisa Müllerin bu hədiyyənin ardınca pilotluq dərslərinə qatıldığı da iddia olunub.