AZ

BMT mina təhdidi ilə mübarizədə Azərbaycanın gördüyü işləri təqdirəlayiq qiymətləndirib

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun BayramovBMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası (COP29) çərçivəsində BMT Baş katibininqanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisiAleksandr Zuyev ilə görüşüb.

Trend xəbər verir ki, bubarədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdəAzərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyindən irəligələn məsələlər, habelə COP29 sədrliyimiz müzakirə olunub.

COP29-un uğurlu təşkilində Azərbaycan və BMT arasındaəməkdaşlığın əhəmiyyəti qeyd olunub.

Nazir Ceyhun Bayramov COP29-un təşkilati hissəsi ilə yanaşı,məzmun baxımından faydalı olmasının əsas prioritetlərimizdən biriolduğunu qeyd edərək sessiyanın gedişatı, danışıqlar prosesindəəldə olunmuş irəliləyişlər barədə ətraflı məlumat verib.

Baş katibin köməkçisi Aleksandr Zuyev COP29-un yüksək səviyyədətəşkil olunduğunu qeyd edib, bu münasibətlə ölkəmizə təbrikləriniçatdırıb və sədrlik prosesi çərçivəsində uğurlar arzu edib.

COP29 çərçivəsində təşkil olunmuş yüksəksəviyyəli tədbirlərdəiştirak etdiyini qeyd edən Aleksandr Zuyev müxtəlif mövzulara həsrolunmuş tematik toplantıların fikir mübadiləsi baxımından faydalıolduğunu qeyd edib.

Mina təhdidi ilə mübarizə istiqamətində ölkəmiz tərəfindəngörülən işlərin təqdirəlayiq olduğu, xüsusilə humanitarminatəmizləmə fəaliyyətinin 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədikimi elan olunmasının bu beynəlxalq təhdidlə mübarizədə örnəkolduğu vurğulanıb.

Humanitar minatəmizləmə fəaliyyəti ilə yanaşı, minaqurbanlarının reabilitasiyası istiqamətində birgə layihələrinhəyata keçirilməsinin əhəmiyyəti qeyd edilib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
48
19
az.trend.az

10Mənbələr