AZ

Müxalifət prezidentin ölkədən qaçdığını elan etdi - Son dəqiqə

Abxaziya müxalifəti prezident Aslan Bjaniyanın ölkədən qaçdığını elan edib.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “D News Abkhazia” Telegram kanalı məlumat yayıb.

Məlumata görə, prezidentin qaçdığını müxalifət liderlərindən biri, Abxaziya qəhrəmanı Levan Mika deyib.

Onun sözlərinə görə, dövlət başçısının harada olduğu məlum deyil.

“Biz Bjaniyanınhara, hansı istiqamətə getdiyini deyə biləcək insanları tapa bilmirik” - Mika deyib.

O,əlavə edib ki, iqtidarla müxalifət arasında danışıqlar dayandırılıb. Prezident səhərə qədər əlaqə saxlamasa, onun istefası məsələsinə parlamentdə baxılacaq.


Müəllif: Arzu
Seçilən
50
teleqraf.com

1Mənbələr