AZ

İstanbulda Türkiyə-Azərbaycan qardaşlıq forumu təşkil edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyənin İstanbul şəhərində Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Türkiyə-Azərbaycan qardaşlıq forumu təşkil edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" videosüjet hazırlayıb.
Qeyd olunur ki, hər iki ölkədən millət vəkillərinin də qatıldığı forumda bir daha Türkiyə və Azərbaycan qardaşlığı vurğulanıb.
İki dövlət tək millət anlayışı ilə tarixdən bu yana qardaş olan iki ölkə Türkiyə və Azərbaycan bu qardaşlığı taclandıran forumu İstanbulun Beyoğlu rayonunda təşkil edildiyi bildirilir.
Məlumata görə, Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edilən forumda hər iki ölkənin istiqlal marşı oxunub şəhidlər üçün sayğı duruşu ilə başlanıb.
Foruma Azərbaycan millət vəkili Tənzilə Rüstəmxanlı da qatılıb. O, Qarabağ zəfərinin iki ölkə arasındakı dostluğu möhkəmləndirdiyini bildirib.
Daha ətraflı videoda:
Seçilən
41
2
oxu.az

3Mənbələr