Türkiyədə baş verən ağır yol qəzasında 7-si polis əməkdaşları olmaqla 11 nəfər xəsarət alıb.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" “Haber Global”a istinadən xəbər verir.
Məlumata görə, hadisə Konyada qeydə alınıb. Polis əməkdaşlarını daşıyan avtobusla minik avtomobilinin toqquşması nəticəsində daha 1 nəfər hadisə yerində ölüb.
Qəzanın baş verdiyi əraziyə təcili yardım və polis əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanalara çatdırılıb.
Polis hadisə ilə bağlı araşdırma aparır.