AZ

Mədəniyyət Nazirliyinin müqavilə imzaladığı şirkət əmək hüquqlarını pozdu

"Credo Group Event TechnicalsServices" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Xətai Rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyevanın sədrliyi ilə araşdırılacaq.

 

Qeyd: Şirkətin qanuni təmsilçisi Nazim Tahir oğlu Zeynalovdur. MMC 2023-cü ildə Mədəniyyət Nazirliyinin elan etdiyi “VI “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının və “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı 2023” ilinin rəsmi açılış mərasiminin təşkili işlərinin satın alınması” təkliflər sorğusunun qalibi olub. Nazirlik şirkətlə 2 862 314 manat məbləğində müqavilə imzalayıb.

 

Xəyal Quliyev

Tarix: 16 Noyabr 2024, 08:18   
Seçilən
37
3
pravda.az

4Mənbələr