Bakı. Trend:
Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasındanövbəti oyununa çıxacaq.
Trend xəbər verir ki,yığmamız Qəbələdə Estoniya millisi ilə üz-üzə gələcək.
Görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Hazırda 4 turdan sonra millimiz qrupda xalsızdır və sonuncu yeritutur. Estoniya isə 3 xalla üçüncüdür.
Bu yığmalar arasındakı ilk oyun estonların 3:1 hesablı qələbəsiilə başa çatıb.
UEFA Millətlər Liqası
C liqası, V tur
16 noyabr
18:00. Azərbaycan - Estoniya
Baş hakim: Con Biton (Şotlandiya)
Qəbələ şəhər stadionu