İsrail ordusunun 8 oktyabr 2023-cü il tarixindən etibarən Livana həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 59 nəfər artaraq 3 min 445-ə çatıb.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Belə ki, Livan Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada İsrailin davam edən hücumlarında ölənlərlə bağlı məlumat verilib.
Məlumatda İsrail ordusunun dünən Livanın bir çox bölgəsində həyata keçirdiyi hücumlarda 59 nəfərin öldüyü, 182 nəfərin yaralandığı qeyd edilib. Bununla da hücumlar nəticəsində ölənlərin sayı 3 min 445 nəfərə çatıb.
Qeyd edək ki, 2023-cü il oktyabrın 8-dən Hizbullahla nəzarətli toqquşmaları davam etdirən İsrail ordusu sentyabrın 23-də Livanın cənub şəhərləri ilə yanaşı Bekaa və Baalbek bölgələrinə də intensiv hava hücumu həyata keçirib.
İsrailin bombardmanları nəticəsində Livanda 100 min insanın didərgin düşdüyü təxmin edilir.
Əli Hüseynov