AZ

Müdafiə naziri mövqeyini açıqladı: "Mən Kansler deyil, yenidən nazir olmaq istəyirəm"

"Mənim Kansler olmaq niyyətim yoxdur".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Almaniyanın müdafiə naziri Boris Pistorius jurnalistlərə açıqlamasında deyib.

O, hazırkı kansler Olaf Şoltsun yerinə namizəd kimi adının hallanması barədə suala cavabda bildirib ki, bu barədə kimsə ondan nə fikrini soruşub, nə də belə bir niyyəti var: "Heç kimin məndən soruşmadığı  və ya heç kimin məndən istəmədiyi bir şeyə hazır olduğumu bəyan etmirəm. Ancaq mən hər zaman dediklərimi təkralayıram: bzim çox mükəmməl Kanslerimiz var.

Bilirsiniz, yanvarın 11-də Sosial Demokrat Partiyasının (SPD) qurultayı olacaq və cənəb Şolts yenidən namizəd göstəriləcək. Bunu bunu gözləyir və dəstəkləyirəm. 23 fevral 2025-ci ildə keçiriləcək seçkilərdən sonra qurulacaq hökumətdə müdafiə naziri olaraq yenidən fəaliyyət göstərmək istədiyimizi isə gizlətmirəm. Çünki həqiqətən də həll etməli çox işim var...".

Zülfiyyə Mustafayeva

MİA.AZ

Seçilən
35
1
mia.az

2Mənbələr