AZ

Tanınmış futbolçuya məxsus şirkət bu ölkədə klub satın aldı

İspaniya millisinin və “Barselona”nın sabiq futbolçusu Andres İnyestanın “Never Say Never” (NSN) şirkəti Danimarkanın “Helsinger” klubunu alıb.

Sportinfo.az xəbər verir ki, 40 yaşlı keçmiş yarımmüdafiəçi bu barədə yerli “Sport TV2”yə açıqlamasında bildirib.

O, klubu inkişaf etdirməyə və təkmilləşdirməyə çalışacağını söyləyib.

2005-ci ildə yaranan “Helsinger” ev oyunlarını 4000-dən çox tamaşaçı tutumu olan “Helsinger” stadionunda keçirir.

Hazırda ölkənin üçüncü divizionunda mübarizə aparan komanda 2017/2018 mövsümündə Danimarka Superliqasında çıxış edib.

Son olaraq Birləşmiş Ərəb Əmirliklərində “Emireyts”in formasını geyinən İnyesta ötən ay karyerasını başa vurub.

Seçilən
24
sportinfo.az

1Mənbələr