AZ

Parlamentlərimiz hökumətlərimizə iqlimlə bağlı fəaliyyətin inkişafında dəstək olmaq üçün lazımi alətlərə malikdir - Spiker

Bakı. Trend:

Parlamentlərimiz hökumətlərimizə iqlimlə bağlı fəaliyyətininkişafında dəstək olmaq üçün qanunvericilik, büdcə və ya nəzarətvasitəsilə lazımi alətlərə malikdir.

Trend xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə QafarovaBakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və AzərbaycanMilli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşündədeyib.

"Əminəm ki, parlamentlərimizin əksəriyyəti artıq emissiyalarınazaldılması, enerji keçidi və yaşıl inkişafla bağlı qanunlar qəbuledib. İqlim dəyişikliyi istənilən milli sərhədləri aşan vəkollektiv səylər tələb edən bəşəriyyətin ən böyük problemidir.

Dünyanın hər yerindən çoxlu parlamentarilərin bu gün burada bizəqoşulmasını görmək mənə böyük qürur və sevinc verir. Bu, prosesdəgüclü iştirak etməklə ümumi məqsəd uğrunda birliyimizi göstərir.Biliklərimizin, təcrübəmizin və qabaqcıl təcrübələrimizinbölüşdürülməsi sahəsində parlament əməkdaşlığımız xüsusi əhəmiyyətkəsb edir və hamımız üçün faydalıdır.

Parlamentlərarası İttifaqın rolunu da yüksək dəyərləndirməkistərdim. Dialoq və həmrəylik vizyonuna sadiq qalaraq, o, bizihəyati təşəbbüslər, o cümlədən, iqlim tədbirləri ətrafında səfərbəredir və səsimizin eşidilməsini təmin edir.

Lakin iqlim böhranı getdikcə pisləşdikcə, iqlim dəyişikliyininmənfi təsirlərinin aradan qaldırılması işi çətinləşir. Çünkigetdikcə daha az vaxtımız var. Aydındır ki, iqlim dəyişikliyi iləmübarizə daha çox lazımdır. Və bu şəraitdə bizim də iştirakımızıgücləndirməyimizə ehtiyac var", - o qeyd edib.

Qeyd edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarasıİttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı iləParlament Görüşü öz işinə başlayıb. Tədbirdə Parlamentlərarasıİttifaqın vitse-prezidenti, Milli Məclisin deputatı SevilMikayılova iştirak edir.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirakedir.

Parlament Görüşündə keçiriləcək sessiyalarda İqlimdəyişmələrinin real təsirləri, iqlim öhdəliklərinin reallığaçevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialıtədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiştöhfələrin həyata keçirilməsində parlamentlərin rolu, iqlimmaliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı, iqlimdəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyəhərtərəfli və ədalətli yanaşmanın təşviqi, İqlim dəyişmələri iləmübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilətexnologiyadan istifadə, dəyişən iqlim şəraitində sağlamlıq və qidatəhlükəsizliyi səyləri, insan yerdəyişməsinin və iqlimdəyişmələrinin idarə edilməsi və digər mövzularda müzakirələraparılacaq, yekun sənəd qəbul ediləcək.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsidə nəzərdə tutulur.

Seçilən
18
3
az.trend.az

4Mənbələr