Boks dünyasının maraqla gözlədiyi Mike Tyson və Jake Paul arasındakı qarşılaşma yalnız idman sahəsində deyil, eyni zamanda böyük maliyyə müvəffəqiyyəti ilə də tarixə keçdi.
Valyuta.az-ın məlumatına görə, Jake Paul bu qarşılaşmadan tam 40 milyon dollar qazandı. Bu məbləğ, Paulun karyerasında ən yüksək qazanc nöqtələrindən biri kimi diqqət çəkir.
Boksun əfsanəvi siması Mkike Tyson isə bu tarixi qarşılaşmadan 20 milyon dollar qazandı. 58 yaşında olan Tyson üçün bu gəlir, rinqə geri dönməsinin nə qədər dəyərli olduğunu bir daha sübut etdi.
Döyüş niyə bu qədər dəyərli idi?
Teksasın Arlington şəhərindəki AT&T Stadionunda keçirilən bu döyüş sosial media və canlı yayımlar vasitəsilə milyonlarla insan tərəfindən izlənildi. Xüsusilə "Netflix" üzərindən yayımlanan qarşılaşma, marağı daha da artırdı.
Bu qarşılaşma, hər iki boksör üçün yalnız bir müsabiqə deyil, həm də böyük bir maliyyə uğuru oldu. Ümumi mükafat fondu 60 milyon dolları keçdi və bu, boks tarixindəki ən yüksək gəlirlərdən biri kimi qeydə alındı.
Əvəz Həsənov