Prezident İlham Əliyev: “Fransa və Niderlandınxüsusən də Karib dənizi və Sakit Okean regionundakıdırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ənciddi təsirinə məruz qalanlar sırasındadır”
Fransa kimi Qərb dövlətlərinin Azərbaycanın COP29-a ev sahibliyi etməsindən narahat olmalarının bir sırasəbəbləri var idi. Bu narahatlıq, əsasən, Azərbaycanlabağlı müxtəlif siyasi, iqtisadi və ekoloji məsələlərdənirəli gəlir. Əsas səbəblərdən biri Azərbaycanın həyatakeçirdiyi enerji siyasətidir. Çünki Azərbaycan, dünyaenerji bazarlarında mühüm oyunçulardan biridir. Xüsusilə, ölkə böyük neft və qaz ehtiyatlarına malikdirvə bu, onun iqtisadiyyatının əsasını təşkil edir. Azərbaycanda iqlim dəyişmələrinə qarşı mübarizəsahəsində bir sıra nailliyətlər əldə edilib. Və ölkəmizgələcəkdə nəzərdə tutulan vəzifələr üzərinə götürüb. Qlobal iqlim dəyişmələri bütün bəşəriyyət üçün böyüktəhlükədir. Bu təhlükənin qarşısının alınması üçünAzərbaycanın 2030-cu ilə qədər istilik effekti yaradantullantıların 35 faiz azaldılmasına dair iddialı öhdəliyihədəf kimi götürüb. COP29-a ev sahibliyi edən ölkəolaraq Azərbaycan qlobal iqlim siyasətinintəkmilləşdirilməsində daha fəal rol oynayır. Eynizamanda Azərbaycan inkişaf etməkdə olan kiçik adadövlətlərin dəstək verməyə başlayıb. Bu dövlətlər dəəsasən Fransanın müstəmləkəsi altın da olub. Azərbayının atdığı bu addımlar da Fransada qıcıqyaradır. COP29 çərçivəsində də bu mövzuda təbdirlərtəşkil edilir. Prezident İlham Əliyevin COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik adadövlətlərinin Sammitində çıxışında deyib ki, hazırdaFransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilərkimi tanınır: “Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer vəMikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransamüstəmləkələrinin xalqları, eləcə də NiderlandınAruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiyvə Saba kimi müstəmləkələrinin xalqları bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edənərazilər kimi tanınır. Bununla belə, onlarındekolonizasiya prosesi hələ də yubanır”.
COP29 çərçivəsində müstəmləkə ərazilərininnümayəndələri tərəfindən yerli xalqların hüquqlarınınkütləvi pozulması əleyhinə Mavi Zonada etirazaksiyası keçirilib. Aksiyada müstəmləkə güclərininistismar siyasətinin və onun ağır nəticələrinin, xüsusiləətraf mühitə və yerli xalqların sağlamlığına vurduğuziyanın aradan qaldırılması tələb olunub. Yerlixalqların nümayəndələri kolonial dövlətlər tərəfdənDənizaşırı ərazilərdə insan hüquqlarının kobudpozulması və bu müstəmləkələrdə keçirilən nüvəsınaqlarının yerli xalqlara vurduğu ağır ziyanıqınayıblar. Aksiya dənizaşırı ərazilərin sakinləritərəfindən səslərini beynəlxalq ictimaiyyətə çatdırmaqməqsədilə təşkil edilib.
Həmçinin, COP29 çərçivəsində Fransa və Niderlandınmüstəmləkəsi altında olan Afrika ölkələrinin vədənizaşırı ərazilərin nümayəndələri Bakıda “Yaşıl vəmüstəmləkəsiz dünya naminə həmrəylik” adlı dincaksiya keçiriblər. COP29 çərçivəsində təşkil olunanaksiyanın iştirakçıları bildiriblər ki, müstəmləkəsiz vəyaşıl dünya naminə həmrəylik davamlı inkişafın vəmüstəmləkə ölkələrinin muxtariyyətinin ayrılmazolduğu ideyasına əsaslanır. Aksiyaçılar təbiisərvətlərinin müstəmləkəçi güclərin xeyrinə talanedilməsinə, yerli əhalinin yoxsullaşdırılmasına, ekosistemlərin zəiflədilməsinə etirazlarını bildiriblər. Onlar Fransa və Niderland kimi müstəmləkəçidövlətlərin və transmilli korporasiyaların deqradasiyaetdiyi ekosistemlərin bərpası üçün məsuliyyətdaşıdıqlarını və buna görə ekoloji təzminat ödəməliolduqlarını vurğulayıblar. Cənab Prezident çıxışında buhaqda da danışaraq Karib dənizi və Sakit Okeanregionundakı dırnaqarası dəniz ərazilərinin iqlimdəyişmələrinin ən ciddi təsirinə məruz qalanlarsırasında olduğunu bildirib: “Fransa və Niderlandınxüsusən də Karib dənizi və Sakit Okean regionundakıdırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ənciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dənizsəviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyinpozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox hallarda onlarınmetropoliyalarındakı rejimləri tərəfindən susdurulur”. Fransa, iqlim siyasətində güclü bir liderlik nümayişetdirmək istəyir və inkişaf etməkdə olan kiçik adadövlətləri ilə əlaqələrini möhkəmlətməyə çalışır. Azərbaycanın bu dövlətlərə dəstək verməsi, Fransatərəfindən “öz mövqeyini zəiflədir” kimi qəbul ediləbilər. Fransa, özünün və Avropa Birliyi ölkələrininmaraqlarını qorumağa çalışır, xüsusilə iqlimdəyişiklikləri və beynəlxalq enerji siyasətində. Azərbaycandan gələn dəstək, Fransa və digər Avropadövlətlərinin prioritetləri ilə uyğunlaşmaya bilər və bu, xüsusilə enerji və iqlim siyasətində mübahisələrə səbəbola bilər. Fransa, kiçik ada dövlətlərinin iqlimdəyişikliyi ilə mübarizədə önəmli tərəfdaşlar olduğunuvurğulasa da, Azərbaycanın bu məsələdə üstünlükqazanması və öz təsirini artırması, Fransa üçündiplomatik narahatlıq yaradır. Azərbaycanın iştirakı, həm də onun qlobal enerji bazarındakı mövqeyinigücləndirir. Bu isə Fransanı narahat edir. Azərbaycanıninkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstəkverməsinə Fransa aqressiv reaksiya verir. Azərbaycanın bu dəstəyi həm də ölkənin beynəlxalqsəviyyədə nüfuzunu artırır. Bu mənada Prezident İlhamƏliyevin COP29 çərçivəsində inkişaf etməkdə olankiçik ada dövlətlərinin Sammitindəki çıxışı böyükəhəmiyyət kəsb edir.
Azərbaycan, son illər beynəlxalq diplomatiyada dahafəal iştirak etməyə başlayıb və müxtəlif regional vəqlobal məsələlərdə öz mövqeyini ifadə edir. COP29 çərçivəsində kiçik ada dövlətləri ilə olan münasibətlərədiqqət yetirmək, Azərbaycanın beynəlxalq nüfuzunuartırmaq və dünya miqyasında rolunu gücləndirməkbaxımından əhəmiyyətlidir. Prezident Əliyevin buSammitdə çıxışı, ölkənin iqlim dəyişikliyi ilə mübarizəsahəsindəki fəallığını və qlobal məsələlərə yanaşımınınümayiş etdirir. Bu çıxış, həm Azərbaycanınbeynəlxalq səviyyədəki mövqeyini gücləndirəcək, həmdə kiçik ada dövlətlərinin iqlim dəyişikliyi iləmübarizədə üzləşdikləri problemləri gündəməgətirəcək.
Azərbaycanın kiçik ada dövlətlərinə dəstək verməsi, eyni zamanda, onun regional liderlik ambisiyalarınınümayiş etdir. Bu, həm də digər ölkələrə Azərbaycanındiplomatik və strateji yanaşımını göstərir. Azərbaycanın Cənubi Qafqaz və daha geniş regiondabeynəlxalq əməkdaşlıqda liderlik rolunu üstlənməsi, ona əlavə güc və təsir qazandırar.
Paşa-zadə Kamal Çingiz oğlu
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi