AZ

Sahibə Qafarova: COP29-un ev sahibi kimi seçilməsi dünya ictimaiyyətinin Azərbaycana inamının nəticəsidir

İqlim böhranı pisləşdikcə, iqlim dəyişikliyinin mənfi təsirlərinin aradan qaldırılması işi çətinləşir.

 

Bunu COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşündə Milli Məclisin sədri Sahibə Qafarova deyib.

 

Sahibə Qafarova qeyd edib ki, iqlim dəyişikliyi ilə mübarizəyə daha çox vaxt lazımdır: “Bu şəraitdə bizim də iştirakımızı gücləndirməyimizə ehtiyac var. Biz qanunvericiliyimizi daha da təkmilləşdirməli, hökumətlərimizi öz səylərini daha yaxşı səfərbər etməyə təşviq etməli və öhdəliklərini yerinə yetirmək üçün onlara təzyiq göstərməliyik. Vətəndaş cəmiyyəti ilə əməkdaşlığın artırılması onların narahatlıqlarını daha yaxşı anlamağa kömək edəcək”.

 

Spiker qeyd edib ki, Azərbaycanın COP29-un ev sahibi kimi seçilməsi həm də dünya ictimaiyyətinin Azərbaycanın körpü kimi çıxış etmək bacarığına və təcrübəsinə inamının nəticəsidir.

 

APA

Tarix: 16 Noyabr 2024, 11:09   
Seçilən
2
3
pravda.az

4Mənbələr