AZ

COP29 Azərbaycanın iqlim həllərini irəlilətmək səylərini əks etdirir - IPU prezidenti

Bakı. Trend:

COP29 Azərbaycanın iqlim həllərini irəlilətmək səylərini əksetdirir.

Trend xəbər verir ki, bunuParlamentlərarası İttifaqın (IPU) prezidenti Tuliya Akson COP29çərçivəsində IPU və Azərbaycan Respublikasının Milli Məclisitərəfindən birgə təşkil edilən Parlament görüşündə deyib. TədbirdəParlamentlərarası İttifaqın Azərbaycandan vitse-prezidenti, MilliMəclisin deputatı Sevil Mikayılova iştirak edir.

“Biz, parlament üzvləri, COP29-un keçirilməsinə görə Bakıyadərin minnətdarlığımızı bildiririk. Bu tədbir Azərbaycanın iqlimhəllərini irəlilətmək və iqlim fəaliyyətində qlobal əməkdaşlıq üçünyüksək standartlar müəyyən etmək səylərini əks etdirir. Eynizamanda, biz Azərbaycan Respublikasının Milli Məclisinətəşəkkürümüzü ifadə edirik”, - deyə o bildirib.

Tuliya Akson qeyd edib ki, COP29-da qəbul edilən qərarlargələcək nəsillərin həyatını müəyyən edəcək.

“Burada COP29 çərçivəsində toplaşaraq, qəbul etməliyik ki,hazırda planetin hər on birinci sakini, təxminən 733 milyon insanaclıqdan əziyyət çəkir. Bu, iqlim dəyişikliyinin qaçılmaznəticələri ilə daha da ağırlaşan bir böhrandır. Biz o həddəçatmışıq ki, ambisiyalar real fəaliyyətə, sözlər isə həqiqidəyişikliklərə çevrilməlidir”, - deyə IPU prezidentivurğulayıb.

Qeyd edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarasıİttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı iləParlament Görüşü öz işinə başlayıb.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirakedir.

Parlament Görüşündə keçiriləcək sessiyalarda İqlimdəyişmələrinin real təsirləri, iqlim öhdəliklərinin reallığaçevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialıtədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiştöhfələrin həyata keçirilməsində parlamentlərin rolu, iqlimmaliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı, iqlimdəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyəhərtərəfli və ədalətli yanaşmanın təşviqi, İqlim dəyişmələri iləmübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilətexnologiyadan istifadə, dəyişən iqlim şəraitində sağlamlıq və qidatəhlükəsizliyi səyləri, insan yerdəyişməsinin və iqlimdəyişmələrinin idarə edilməsi və digər mövzularda müzakirələraparılacaq, yekun sənəd qəbul ediləcək.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsidə nəzərdə tutulur.

Məqalədə:
Seçilən
8
az.trend.az

1Mənbələr