AZ

Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq müsabiqənin qalibi olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Böyük Britaniyanın “The Global Economics” jurnalının keçirdiyi beynəlxalq müsabiqədə qaliblər siyahısında yer alıb. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Dövlət Əmək Müfəttişliyi Xidməti "Əmək münasibətlərində aparıcı dövlət müəssisəsi” nominasiyası üzrə mükafata layiq görülüb.

Müsabiqədə Portuqaliya, Misir, Yaponiya, Argentina, Honkonq, Səudiyyə Ərəbistanı, Birləşmiş Krallıq, Almaniya, İsrail, Kanada da daxil olmaqla 50-dən çox ölkənin müvafiq dövlət və özəl qurumları iştirak edib.

Nüfuzlu beynəlxalq xəbər nəşrlərindən olan “The Global Economics” kommersiya və investisiya bankçılığı, kapital idarəçiliyi, sosial təminat, sığorta, daşınmaz əmlak, texnologiya və enerji sahələri üzrə cari trendlərə uyğun təhlillər dərc edir.

Qeyd edək ki, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu da həmin müsabiqədə “İlin sosial təminat transformasiyası təşəbbüsü” nominasiyası üzrə qalib olub.

Seçilən
21
sia.az

1Mənbələr