AZ

DİN-nin rəis müavini avtomobilində ölü tapıldı - FOTO

Gürcüstan Daxili İşlər Nazirliyinin Aviasiya Təhlükəsizliyi İdarəsinin rəis müavini Levan Sulaşvilinin Tbilisidə meyiti tapılıb.

Avtosfer.az yerli “Mtavari.tv”yə istinadən xəbər verir ki, 28 yaşlı Levan Sulaşvilinin meyiti hadisədən 10 gün sonra noyabrın 6-da şəxsi avtomobilində aşkarlanıb.

Onun başından odlu silahdan açılan atəş nəticəsində öldüyü bildirilib.

Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin intihar maddəsi ilə cinayət işi açılıb.

Lakin ailəsi gəncin Daxili İşlər Nazirliyinin yüksək rütbəli məmurunun təzyiqinə məruz qaldığını bildirərək intiharla bağlı rəsmi versiyaya inanmır. Valideynlər iddia edirlər ki, Sulaşvilini məmur qızı ilə evləndirməyə məcbur ediblər və bundan imtina etdikdən sonra öldürülüb.

Onlar obyektiv araşdırma aparılmasını tələb edir.

Mərhumun atasının sözlərinə görə, oğlunun intihar etmək üçün heç bir səbəbi olmayıb.

Hazırda faktla bağlı “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə araşdırmalara başlanılıb.

Полицейского

image

image

Namiq Musayev

Seçilən
91
avtosfer.az

1Mənbələr