AZ

Almaniya Putinlə Şoltsun söhbətinə gözlənilməz reaksiya verib

Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Olaf Şolts arasında danışıqlar Ukraynadakı münaqişənin həllində müsbət amil kimi qiymətləndirilməlidir.

Editor.az xəbər verir ki, bu barədə Almaniya parlamentinin Birlik Partiyasından olan deputatı Sara Vaqenknext Sevim Dağdelen X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“Bu, qarşıdan gələn Bundestaq seçki kampaniyasında özünü sülh kansleri kimi təqdim etmək üçün manevr kimi qiymətləndirilsə belə, Olaf Şoltsun nəhayət Rusiya prezidenti Putinlə birbaşa danışıqlara imza atması alqışlanmalıdır”,- o deyib.

Bundan əvvəl alman politoloqu Tomas Yaqer Bild qəzetinə müsahibəsində Şoltsun Putinə heç nə təklif edə bilməyəcəyini bildirib. Ekspertin fikrincə, hazırda Almaniya hökumətinin başçısı ABŞ-ın hazırkı prezidenti Co Baydenlə oxşar vəziyyətdədir.

Noyabrın 15-də Putin və Şolts arasında demək olar ki, iki ildən sonra ilk telefon danışığı olub və onlar Ukraynadakı münaqişənin həlli imkanlarını müzakirə ediblər. Almaniya hökumətinin qeyd etdiyi kimi, görüş zamanı Almaniya kansleri Rusiya prezidentini “ədalətli və uzunmüddətli sülhə nail olmaq üçün” danışıqlara yenidən başlamağa çağırıb. O, həmçinin Berlinin Kiyevə dəstəyini davam etdirmək niyyəti barədə xəbərdarlıq edib.

//Gülnarə Abasova, Editor.az

 

Seçilən
11
editor.az

1Mənbələr