Türkiyədə patrul xidməti aparan polislər bir avtomobili saxlamaq istəyib.
News24.az xəbər verir ki, “saxla” xəbərdarlığına tabe olmayan sürücü avtomobillə birlikdə qaçıb, polis qrupları isə avtomobili izləyib.
Təxminən 30 kilometr davam edən təqibdən sonra şübhəlinin avtomobili sürücüsünün idarəetməsindən çıxaraq yolun kənarındakı səkiyə çırpılıb.
Qeyd edək ki, polis qrupları tərəfindən yaxalanan sürücü Səməd A.-da müayinə zamanı 2,06 promil spirt olduğu müəyyən edilib və avtomobil evakuatorla ərazidən çıxarılıb.
Günel Məlikzadə