AZ

Dünyadakı uşaqların 93 faizi çirkli hava ilə nəfəs alır - azərbaycanlı nazir

Image

"Havanın çirklənməsi ürək xəstəlikləri, insult, tənəffüs yolu infeksiyaları, ağciyər xərçəngi və diabet kimi bir çox xəstəlik üçün risk amilidir. Uşaqlar havanın çirklənməsinin mənfi təsirlərinə xüsusilə həssasdırlar."

Bu fikirləri Azərbaycanın səhiyyə naziri Teymur Musayev COP29 çərçivəsində keçirilən tədbirdə söyləyib. Nazirin sözlərinə görə, dünyadakı uşaqların təqribən 93 faizi, yəni 15 yaşınadək 1,8 milyard uşaq çirkli hava ilə nəfəs alır. Bu da kritik inkişaf fazaları zamanı pis sağlamlıq nəticələrinə gətirib çıxarır. Körpələr və uşaqlar xüsusilə havanın çirklənməsinə məruz qaldıqda bu, ağciyərlərin sağlamlığına ciddi mənfi təsir edir.

Nazir ətraf mühitin çirklənməsinin insan sağlamlığına təsirinin azaldılmasının və sağlam həyat tərzinin təbliğinin Azərbaycan hökumətinin əsas prioritetlərindən olduğunu vurğulayıb.

Mətləb Salahov






Seçilən
0
1
baki-xeber.com

7Mənbələr