AZ

Bəşəriyyətə məlum ən pis fəlakətdən qaçmaq istəyiriksə...

İqlim dəyişikliyi problemi dünyada bütün insanlar üçün əsas aktual narahatlıqdır.

Publika.az xəbər verir ki, bunu COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşündə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının İcraçı katibi Saymon Stil deyib.

Saymon Stil bildirib ki, parlamentlər vətəndaşların həyatını dəyişdirən konkret addımları dəstəkləyə bilər:

“Yaşana bilən dünya uğrunda mübarizədə konkret fəaliyyətə keçilməlidir. İqlimlə bağlı fəaliyyət lazım olandan çox geri qalır. Biz bilirik ki, planet 2,6 ilə 3,1 dərəcə artım arasında bir yerdədir. Bəşəriyyətə məlum olan ən pis fəlakətdən qaçmaq istəyiriksə, 1,5 dərəcə artımla məhdudlaşma hədəfindən çox uzağıq.

Seçilən
0
1
publika.az

5Mənbələr