Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) 26 oktyabrda keçirilmiş parlament seçkilərinin yekun nəticələrini təsdiqləyib.
"Operativ Media" xəbər verir ki, hakim “Gürcü Arzusu” partiyası 53,93% səslə seçkilərin qalibi olub.
Bununla da partiya Gürcüstanın 150 yerlik 11-ci çağırış parlamentində 89 mandata sahib olaraq çoxluq statusunu saxlayıb.