AZ

Rusiya XİN-dən Ermənistan AÇIQLAMASI

Ermənistan tərəfinin bəyanatları İrəvanın KTMT-nin işinin bütün formatlarından uzaqlaşdığını göstərir. NOCOMMENT.az-ın məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin jurnalistlərə Ermənistanın noyabrın 28-də keçiriləcək KTMT sammitində iştirakının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.

Pankinə Ermənistanın qarşıdakı KTMT tədbirlərində, o cümlədən liderlərin görüşündə iştirak etmək şansının olub-olmaması ilə bağlı sual verilib.

“Xahiş edirəm sualı erməni tərəfinə ünvanlayın”, – deyə Pankin cavab verib.

“Lakin erməni tərəfinin bəyanatlarına əsasən, indiki mərhələdə o, KTMT-nin müxtəlif səviyyələrdə tamamilə bütün formatlarda fəaliyyətində iştirakdan uzaqlaşır”, daha sonra əlavə edib.

Seçilən
20
2
nocomment.az

3Mənbələr