AZ

Formula 1 yenidən satıla bilər

“Liberty Media”nın sədri Con Meloun Formula 1-in mümkün satışını istisna etməyib.

Amerika şirkəti Formula1-i əfsanəvi Berni Ekklstoundan təxminən səkkiz il əvvəl, 2017-ci ilin əvvəlində alıb. Ötən ilin yanvarında Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) ilə müəyyən müzakirələr olub. Həmin vaxt yarışlar 20 milyard dollar qiymətləndirilib. Həmin müddərdən bəri Formula 1-in dəyəri artmağa davam edib.

“Bütün bu illərdən sonra belə qənaətə gəldim ki, səhmdarlarımız üçün maksimum dəyəri artırmaq üçün tam nəzarətimdən istifadə etmək istəyirəm. Bu, səhmdarların uzunmüddətli maraqlarına cavab verərsə, nəzarət paketimi satmağa hazıram.

Bu cür əməliyyatların aparılması və yekunlaşdırılması uzun müddət tələb edir. Dediyim kimi, təkliflərə qapı həmişə açıqdır. Mən hesab edirəm ki, Formula 1-in çox parlaq gələcəyi var. Və idarə heyəti parlaq iş görüb. Bu, genişləndirilə bilən çox güclü bir brenddir”, – deyə Meloun qeyd edib.

Seçilən
19
futbolinfo.az

1Mənbələr