Hindistanın Uttar-Pradeş ştatının Cansi şəhərindəki xəstəxananın uşaq şöbəsində güclü yanğın olub.
Gundem.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
“37 uşaq təhlükəsiz şəkildə xilas edilsə də, 10 azyaşlı həyatını itirib. Yanğınsöndürənlər hadisə yerinə gələnə qədər həkimlər və tibbi heyət tüstü basmış otağın şüşələrini sındıraraq xəstələri təxliyə ediblər”, - məlumatda bildirilib.
Yanğının qısaqapanmadan baş verdiyi ehtimal edilir.